Azərbaycanda koronavirusa 532 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirusa 532 yeni yoluxma faktı qeydə alınıb Azərbaycanda son sutkada koronavirus infeksiyasına 532 yeni yoluxma faktı qeydə alınıb,1879 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sağlamlıq
8 Yanvar , 2021 16:37
Azərbaycanda koronavirusa 532 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 532 yeni yoluxma faktı qeydə alınıb, 1 879 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 24 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 223 417 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 205 406 nəfər müalicə olunaraq sağalıb, 2 869 nəfər vəfat edib. Hazırda 15 142 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 383, bu günə qədər isə ümumilikdə 2 250 291 test icra olunub.

Son xəbərlər

Orphus sistemi