Son bir həftədə 2 059 nəfər koronavirusa yoluxub

Son bir həftədə 2 059 nəfər koronavirusa yoluxub “Bu həftə ərzində koronavirus xəstələrinin sayında artım müşahidə edilib. İyunun 1-dən 7-dək 2 059 nəfər virusa yoluxub. Yoluxma sürəti narahatedicidir”.
Sağlamlıq
9 İyun , 2020 19:14
Son bir həftədə 2 059 nəfər koronavirusa yoluxub

“Bu həftə ərzində koronavirus xəstələrinin sayında artım müşahidə edilib. İyunun 1-dən 7-dək 2 059 nəfər virusa yoluxub. Yoluxma sürəti narahatedicidir”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, əgər ciddi nəzarət olmasa, səhiyyənin üzərinə ağır yük düşə bilər: “Sağalanlarla yoluxanların sayı narahatedicidir. Son 10 günün müşahidəsi onu göstərdi ki, aradakı fərq arzuolunan səviyyədə deyil”.

Son xəbərlər

Orphus sistemi