Son bir ayda qanvermə aksiyasında iştirak edənlərin sayı açıqlanıb

Son bir ayda qanvermə aksiyasında iştirak edənlərin sayı açıqlanıb "Hazırda Mərkəzi Qan Bankında 1000 vahid qan ehtiyatı var"
Sağlamlıq
16 noyabr 2016 09:11
Son bir ayda qanvermə aksiyasında iştirak edənlərin sayı açıqlanıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Son bir ayda Azərbaycanda keçirilmiş qanvermə aksiyasında 2 420 nəfər qan verib.

Bunu "Report"a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, bu say Bakı şəhəri və bölgələrdə qeydə alınıb: "Bu rəqəm Mərkəzi Qan Bankında qan verənlərin sayıdır. Qan verənlər arasında könüllülərlə yanaşı, xəstə yaxınları da var".

Z.Əlmirzeyeva qeyd edib ki, toplanan qan ən çox 40 gün saxlanıla bilər: "Ona görə də mövcud ehtiyat daim yenilənir. Hazırda Mərkəzi Qan Bankında 1000 vahid qan ehtiyatı var".

Qeyd edək ki, bu il oktyabrın 12-də Aşura günü keçirilən qanvermə aksiyasında ümumilikdə 4 141 nəfər iştirak edib və 1863,3 litr qan yığılıb. 

Son xəbərlər

Orphus sistemi