Şöbə müdiri: "Oynaq ağrıları hər yaşda yarana bilər"

Şöbə müdiri: "Oynaq ağrıları hər yaşda yarana bilər" Oynaq ağrılarının yalnız yaşlı insanlara aid olması fikri yalnışdır, çünki ağrılar hər yaşda yarana bilər.
Sağlamlıq
12 Yanvar , 2024 12:55
Şöbə müdiri: Oynaq ağrıları hər yaşda yarana bilər

Oynaq ağrılarının yalnız yaşlı insanlara aid olması fikri yalnışdır, çünki ağrılar hər yaşda yarana bilər.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri Nizami Məmmədov deyib.

O bildirib ki, oynaq ağrılarının əsas səbəbi kimi müxtəlif artritlər (osteoartrit, revmatoid artrit, reaktiv artrit, podaqra və s.) hesab olunur:

"Belə ki, artritin ümumi növü olan osteoartrit zamanla sümüklər arasındakı qoruyucu yastıq olan qığırdaqın köhnəldiyi zaman baş verir. Osteoartrit yavaş inkişaf edir və adətən orta yaşda baş verir. Romatoid artrit oynaqlarda şişlik və ağrıya səbəb olan xroniki bir xəstəlikdir. Bu zaman tez-tez oynaqlar deformasiyaya uğrayır (adətən barmaqlarda və biləklərdə olur). Podaqra bədəndəki kristalların oynaqda toplandığı, şiddətli ağrı və şişkinliyə səbəb olan ağrılı bir vəziyyətdir. Bu, adətən ayağın baş barmağında olur. Bursit gərginlik səbəbindən baş verir, bud-çanaq, diz, dirsək və ya çiyin nahiyəsində olur".

Şöbə müdirinin sözlərinə görə, viral infeksiyalar, səpgilər və ya qızdırma, həmçinin sümüklərin qırılması və ya burxulması kimi xəsarətlər oynaq ağrıların yaranmasına səbəb ola bilər: "Belə ki, tendinit, tendonların və ya sümük və əzələləri birləşdirən bağlantıların iltihabıdır, dirsəkdə, dabanda və ya çiyində görünür. Belə ağrılar vaxtilə oynaqların zədəsini alan, intensiv məşqlər və ya peşəsi ağır fiziki əməklə məşğul olan, artrit və ya digər xroniki xəstəliklər (məsələn, şəkərli diabet), stres, artıq çəkidən əziyyət çəkən şəxslərdə baş verir".

Son xəbərlər

Orphus sistemi