"Sinir sistemi həftəsi" çərçivəsində 3500-ə yaxın tibbi xidmət göstərilib

"Sinir sistemi həftəsi" çərçivəsində 3500-ə yaxın tibbi xidmət göstərilib "Sinir sistemi həftəsi" çərçivəsində 800-dən çox vətəndaşa 3 500-ə yaxın tibbi xidmət göstərilib.
Sağlamlıq
19 İyul , 2024 11:33
Sinir sistemi həftəsi çərçivəsində 3500-ə yaxın tibbi xidmət göstərilib

"Sinir sistemi həftəsi" çərçivəsində 800-dən çox vətəndaşa 3 500-ə yaxın tibbi xidmət göstərilib.

“Report”un məlumatına görə, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə 17-18 iyul 2024-cü il tarixlərində Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Şəki Ailə Sağlamlıq Mərkəzində "Sinir sistemi həftəsi" çərçivəsində vətəndaşlara paytaxtda yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər tərəfindən tibbi xidmətlər göstərilib.

Müayinələr sinir sistemi xəstəliklərinin risk faizinin yüksək olduğu bölgələrdən hesab olunan Şəki-Zaqatala tibbi ərazi bölməsinə daxil olan Şəki, Balakən, Zaqatala, Oğuz, Qax və Qəbələ rayonlarının vətəndaşları üçün təşkil edilib.

Müxtəlif sosial qruplardan olan vətəndaşlar arasında həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrdə iştirak edib.

Son xəbərlər

Orphus sistemi