“Semaşko”nun koronavirusa yoluxan həkiminin durumu açıqlanıb

“Semaşko”nun koronavirusa yoluxan həkiminin durumu açıqlanıb Bakı Sağlamlıq Mərkəzi COVID-19 infeksiyasına yoluxan və orada müalicəsi davam edən 1 saylı Kliniki Tibbi Mərkəzin reanimatoloqu Kərəm Yabuqovun səhhəti ilə bağlı məlumat yayıb.
Sağlamlıq
14 İyul , 2020 10:10
“Semaşko”nun koronavirusa yoluxan həkiminin durumu açıqlanıb

Bakı Sağlamlıq Mərkəzi COVID-19 infeksiyasına yoluxan və orada müalicəsi davam edən 1 saylı Kliniki Tibbi Mərkəzin reanimatoloqu Kərəm Yaqubovun durumu ilə bağlı məlumat yayıb.

Mərkəzdən “Report”a verilən məlumata görə, həkim iyunun 3-də mərkəzin infeksion xəstəliklər şöbəsinə təngnəfəslik, tənəffüs çatışmazlığı və saturasiyasının aşağı olması göstəriciləri ilə gecə saatlarında qəbul olunub.

Bildirilib ki, iyunun 9-dan etibarən xəstənin təngnəfəslik və boğulmalarının artması səbəbi ilə reanimasiya şöbəsinə yerləşdirilib, intubasiya olunub və süni tənəffüs aparatına qoşulub: “Hazırda xəstə süni tənəffüs cihazındadır, müalicəsi davam etdirilir”.

Son xəbərlər

Orphus sistemi