Şəkərli diabet yaratma riski yüksək olan hallar açıqlanıb

Şəkərli diabet yaratma riski yüksək olan hallar açıqlanıb "Bədən Kütləvi İndeksi (BKİ) 25 kq/m2) və daha yuxarı olan insanlarda şəkərli diabetə tutulma ehtimalı normal insanlardan 5 dəfə çox olur".
Sağlamlıq
15 Noyabr , 2021 12:24
Şəkərli diabet yaratma riski yüksək olan hallar açıqlanıb

"Bədən Kütləvi İndeksi (BKİ) 25 kq/m2) və daha yuxarı olan insanlarda şəkərli diabetə tutulma ehtimalı normal insanlardan 5 dəfə çox olur".

"Report" xəbər verir ki, bunu Həkim-endokrinoloq Xalid Qurbanzadə bildirib.

"Birinci dərəcəli qohumlarında (ana, ata, qardaş kimi) şəkərli diabet olanlar; YSLP xolesterolun miqdarı < 35 mq/dl (0.90 mmol/l) və/və ya triqliseridlərin miqdarı > 250 mq/dl (2.82 mmol/l); Polikistoz yumurtalıqlar sindromu (PKYS) olan qadınlar; ürək-damar xəstəliyi olanlar; yüksək qan təzyiqi olanlar; əvvəllər gizli şəkər diaqnozu qoyulmuş şəxslər yüksək risk qrupunda hesab olunur", - o deyib.

Son xəbərlər

Orphus sistemi