“Böyrəklə əlaqəli xəstəliyi olanların reanimasiya müalicəsi bir gün üçün 1000-3000 manat məbləğinə başa gəlir. Koronaviruslu xəstələrin müalicəsini isə dövlətimiz öz hesabına həyata keçirir”.
“Report”un məlumatına görə, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib.
O, vətəndaşları kütləvi vaksinasiyaya dəvət edib: “COVID-19 əleyhinə vaksin insan orqanizmində xəstəliyə qarşı antitel yaradır və yoluxma zamanı xəstəliyin yüngül keçirilməsinə şərait yaradır. Dializ alan və uroloji patologiyadan əziyyət çəkənlər vaxtlı-vaxtında həkimə müraciət etməlidirlər. Pasiyenti xəstəxanaya qəbul etməmişdən qabaq PCR testi edilir, KT müayinəsi aparıldıqdan sonra yatışlarını həyata keçiririk. Palata və reanimasiya şəraitində yatan xəstələr üçün lazımi addımlar atılır, dezinfeksiya tədbirləri tətbiq edilir”.