Səhiyyə Nazirliyinin rəsmisi “Omikron” ştamının əlamətlərindən danışıb

Səhiyyə Nazirliyinin rəsmisi “Omikron” ştamının əlamətlərindən danışıb Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “Omikron” ştamının əlamətlərindən danışıb.
Sağlamlıq
9 Fevral , 2022 15:10
Səhiyyə Nazirliyinin rəsmisi “Omikron” ştamının əlamətlərindən danışıb

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “Omikron” ştamının əlamətlərindən danışıb.

“Report”un məlumatına görə, o, “Omikron”un koronavirusun mutasiyalarından biri olduğunu və dünya ölkələrində də həmin ştamın müəyyən növləri olduğunu bildirib.

Onun sözlərinə görə, “Omikron”da xəstəliyin gizli dövrü çox qısadır: “3-4 gün, nadir hallarda 5 gün çəkə bilər: “Buna görə də karantin müddəti 7 günə qısaldıldı. Yoluxuculuq günlərinin sayı da azdır. Hətta bəzi ölkələrdə karantin müddəti 5 günə qədər azaldılıb. Əlamətlərdə də fərqlilik var. Yuxarı tənəffüs yollarının zədələnməsi mövsümi xəstəliklərin simptomları ilə oxşarlıq təşkil edir”.

Nazirlik rəsmisi bildirib ki, digər infeksiyalarda 38-39 dərəcə qızdırmalarda insanlar halsız olmurdusa, indi 37 dərəcə qızdırmada yorğunluq olur: “Əvvəlki ştamlardakı iy, dad bilmənin itirilməsi yeni ştamda az müşahidə olunur. Mədə-bağırsaq sisteminin pozulması daha çox qeydə alınır. Bəzi xəstələrdə ilkin əlamətlər bu cür ola bilər”.

Son xəbərlər

Orphus sistemi