Bakı. 5 fevral. REPORT.AZ/ Səhiyyə Nazirliyinin "Qaynar xətt" (9103) xidmətinə yanvar ayı ərzində 897 müraciət daxil olub. Nazirlikdən "Report"a verilən məlumata görə, müraciətlərdən 607-si sorğu, digərləri isə müraciət, şikayət və s. məsələlərlə əlaqədar olub.
"Qaynar xətt" xidmətinin fəaliyyətini daha müasir müstəviyə keçirərək asan xidmət prinsipi ilə hər bir vətəndaşın müraciətinin yerində operativ həllinə yönələn Elektron Səhiyyə Mərkəzinə son bir ay ərzində ümumilikdə 2 691 müraciət daxil olub. Daxil olan müraciətlərin 1 873-nü əsaslı sorğu, 538-i müalicə məsələləri, 42-sini müxtəlif səpkili müraciətlər təşkil edib.
Zəruri hallarda "Qaynar xətt" və "Elektron Səhiyyə" xidmətinə müraciətlər operatorlarla yanaşı, Səhiyyə Nazirliyinin rəhbər şəxsləri tərəfindən də cavablandırılıb.