Səhiyyə Nazirliyinin mütəxəssisi allergiyadan əziyyət çəkənlərə müraciət edib

Səhiyyə Nazirliyinin mütəxəssisi allergiyadan əziyyət çəkənlərə müraciət edib “Mövsümi allergiyalara adətən payız və yaz fəslində rast gəlinir”.
Sağlamlıq
9 Mart , 2022 16:43
Səhiyyə Nazirliyinin mütəxəssisi allergiyadan əziyyət çəkənlərə müraciət edib

“Mövsümi allergiyalara adətən payız və yaz fəslində rast gəlinir”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Günay İsmayılova deyib.

Onun sözlərinə görə, insanlarda daha çox allergiyanın polinoz növü müşahidə olunur: “Bu allergiya növünə daha çox ağacların çiçəklənmə və tozlanma dövründə rast gəlinir. Mart, aprel və may aylarında bu allergiya növü özünü büruzə verir. Ağacların tozlanması adətən səhər saatlarında baş verir. Mövsümi allergiya və polinozdan əziyyət çəkən insanların səhər saatlarında evdən çıxmamaları, yaxud evdə və ya maşında olarkən pəncərələr bağlanmalıdır. Eyni zamanda tozcuqlar saçda daha çox olduğundan evə gələrkən duş qəbul edilməli, çöldə olarkən maska taxılmalıdır, keyfiyyətli eynəklərdən istifadə də məsləhətlidir”.

Son xəbərlər

Orphus sistemi