Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti: 2024-cü ildə ölkədə hansısa yeni mövsümi xəstəlik ortaya çıxmayıb

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti: 2024-cü ildə ölkədə hansısa yeni mövsümi xəstəlik ortaya çıxmayıb Cari ildə ölkədə hansısa yeni mövsümi xəstəlik ortaya çıxmayıb.
Sağlamlıq
31 Dekabr , 2024 12:35
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti: 2024-cü ildə ölkədə hansısa yeni mövsümi xəstəlik ortaya çıxmayıb
Təyyar Eyvazov

Cari ildə ölkədə hansısa yeni mövsümi xəstəlik ortaya çıxmayıb.

Bu barədə "Report"a müsahibəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov danışıb.

O, hazırda dekabr ayının sonu olmasına baxmayaraq, fəsli qripin kəskin artımının müşahidə olunmadığını diqqətə çatdırıb:

"Ayrı-ayrı illərdə qrip virusunun müxtəlif ştamları ortaya çıxır. Onlar da bir-birindən müəyyən qədər fərqlənir. Bundan başqa, digər respirator virusların təxminən 200 növü var. Növlər müəyyən zamanlarda bir-birini əvəz edir. Lakin bunlar yeni yayılmış viruslar deyil. 2024-cü ildə ölkədə hansısa yeni mövsümi xəstəlik ortaya çıxmayıb. Bildiyimiz kimi, dekabr, yanvar, fevral qripin yayılması üçün münbit şəraitin olduğu aylardır. Hazırda dekabr ayının sonları olmasına baxmayaraq, fəsli qripin kəskin artımını müşahidə etmirik. Ola bilsin ki, bir müddət sonra virus baş qaldırar. Lakin ötən illərlə müqayisədə bu il hələ ki sözügedən artım müşahidə olunmur".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi