Səhiyyə Nazirliyi: "Xızıda baş verən avtobus qəzasında yaralanan 17 nəfərdən birinin vəziyyəti ağırdır"

Səhiyyə Nazirliyi: "Xızıda baş verən avtobus qəzasında yaralanan 17 nəfərdən birinin vəziyyəti ağırdır" "14 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir"
Sağlamlıq
31 May , 2016 11:56
Səhiyyə Nazirliyi: Xızıda baş verən avtobus qəzasında yaralanan 17 nəfərdən birinin vəziyyəti ağırdır

Bakı. 31 may. REPORT.AZ/ Səhiyyə Nazirliyi Xızı rayonunda baş verən avtobus qəzasında yaralananların son durumunu açıqlayıb. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 1 nəfərin isə vəziyyəti ağırdır: "Həmin şəxs qəza nəticəsində ağır kəllə beyin travması alıb. 14 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir".

Nazirlikdən bildirilib ki, Bakıdakı 1 saylı şəhər Klinik Tibbi Mərkəzə yerləşdirilən 2005-ci il təvəllüdlü Nigar Kazımlı və 1964-cü ildə anadan olan İndirra Mollayevanın isə vəziyyəti qismən yaxşılığa başlayıb: "Nigar Kazımlının vəziyyəti orta-ağır qiymətləndirilir. Bu gün xəstələrdən evə buraxılan yoxdur".

Xatırladaq ki, mayın 29-da Xızı rayonunun Altıağac qəsəbəsində Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin tələbə-müəllim heyətini daşıyan avtobus qəzaya uğrayıb. Qəza nəticəsində 3 nəfər ölüb, 21-i yaralanıb. Onlardan 4 nəfəri evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi