Səhiyyə Nazirliyi rüşvət iddiasına münasibət bildirib

Səhiyyə Nazirliyi rüşvət iddiasına münasibət bildirib Nazirlik şikayətçiyə məhkəməyə müraciət etməsiyi məsləhət görür
Sağlamlıq
31 Avqust , 2016 16:46
Səhiyyə Nazirliyi rüşvət iddiasına münasibət bildirib

Bakı. 31 avqust. REPORT.AZ/ M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi bu səhiyyə qurumunun kardiologiya şöbəsinin baş tibb bacısının xəstənin yaxınlarından pul tələb etməsi iddiasına münasibət bildirib.

Mərkəzdən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, şikayətçinin iddia etdiyi hadisə 6-7 ay bundan əvvəl olub: “Həmin şəxsə onlardan rüşvət alınmadığı bildirilib. Əgər yenə də hansısa narazılığı varsa, o zaman aidiyyəti qurumlara müraciət edə bilərlər. Çünki, bu, onun vətəndaşlıq hüququdur”.

Səhiyyə Nazirliyi də öz növbəsində şikayətçinin məhkəməyə müraciət etməsini tövsiyə edib.

Qeyd edək ki, övladını adıçəkilən mərkəzdə ürəyindən əməliyyat etdirən Amil Hüseynov əməliyyatdan sonra şöbənin baş tibb bacısı Sevil Abışovanın onlardan dəfələrlə pul istədiyi barədə mətbuatda çıxış edib.

Son xəbərlər

Orphus sistemi