Səhiyyə Nazirliyi: "Qara su” korluğa səbəb olan xəstəliklər arasında ikinci yerdədir"

Səhiyyə Nazirliyi: "Qara su” korluğa səbəb olan xəstəliklər arasında ikinci yerdədir" "Qlaukomanın inkişaf riski 40 yaşdan yuxarı insanlarda olur. Lakin bu xəstəlik gənclərdə və hətta körpələrdə (anadangəlmə qlaukoma) baş verə bilər".
Sağlamlıq
13 Mart , 2023 12:07
Səhiyyə Nazirliyi: Qara su” korluğa səbəb olan xəstəliklər arasında ikinci yerdədir

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qlaukoma kataraktadan sonra korluğa səbəb olan xəstəliklər arasında ikinci yerdədir".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İmran Cərullazədə bildirib.

Onun sözlərinə görə, qlaukomanın inkişaf riski 40 yaşdan yuxarı insanlarda olur: "Lakin bu xəstəlik gənclərdə və hətta körpələrdə (anadangəlmə qlaukoma) baş verə bilər. El arasında “Qara su” kimi tanınan qlaukoma xəstəliyi oftalmologiyada ən təhlükəli göz xəstəliklərdən biri hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qlaukoma kataraktadan sonra korluğa səbəb olan xəstəliklər arasında ikinci yerdədir. Səbəb isə odur ki, qlaukoma erkən mərhələlərdə asimptomatik keçir. Buna görə də onun nəzarətsiz gedişi görmə qabiliyyətinin geri dönməz itkisinə səbəb olur".

Son xəbərlər

Orphus sistemi