Səhiyyə Nazirliyi: "Vaxtında peyvənd olunmaq daha məqsədəuyğundur"

Sağlamlıq
  • 20 oktyabr, 2021
  • 11:07
Səhiyyə Nazirliyi: Vaxtında peyvənd olunmaq daha məqsədəuyğundur

“Peyvəndə olan əks-göstərişlərin bəziləri müvəqqəti xarakter daşıyır. Müəyyən vaxt keçdikdən sonra peyvənd olunmaq tövsiyə olunur”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, vaxtında peyvənd olunmaq daha məqsədəuyğundur: "Əgər kimsə COVID-19-a yoluxaraq xəstələnib və rəsmi şəkildə qeydiyyata düşübsə, immun sertifikatı alır. İmmun sertifikatının müddətinin uzadılması üçün 6 aydan sonra vaksin olunmalıdır. Əgər bir şəxs yoluxdiqdan sonra peyvənd olunursa, onun immun sistemi daha da güclənir".

44 filmi