Səhiyyə Nazirliyi: Lökbatanda küçəyə atılan körpənin vəziyyəti ağırdır

Səhiyyə Nazirliyi: Lökbatanda küçəyə atılan körpənin vəziyyəti ağırdır Səhiyyə Nazirliyi Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində küçəyə atılan körpənin durumu ilə bağlı məlumat yayıb.
Sağlamlıq
18 Oktyabr , 2019 12:10
Səhiyyə Nazirliyi: Lökbatanda küçəyə atılan körpənin vəziyyəti ağırdır

Səhiyyə Nazirliyi Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində küçəyə atılan körpənin durumu ilə bağlı məlumat yayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, küçəyə atılan 1 günlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib.

"Uşağın vəziyyəti ağır olub, qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb", - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi