Səhiyyə Nazirliyi: "Bütün dünyada COVID-19-u təsdiqləyən test PZR testidir"

Səhiyyə Nazirliyi: "Bütün dünyada COVID-19-u təsdiqləyən test PZR testidir" "COVID-19 virusunun təyinində antigen testləri də istifadə edilir. Bu, çox zaman insanlar arasında ekspress test dedikləri üsuldur. Vətəndaşlar bunu PZR yaxma testi ilə səhv salırlar və ya yaxma verdikləri xəstəxanalarda bu yaxmalar arasındakı fərq qeyd e
Sağlamlıq
26 Avqust , 2021 16:38
Səhiyyə Nazirliyi: Bütün dünyada COVID-19-u təsdiqləyən test PZR testidir

"COVID-19 virusunun təyinində antigen testləri də istifadə edilir. Bu, çox zaman insanlar arasında ekspress test dedikləri üsuldur. Vətəndaşlar bunu PZR yaxma testi ilə səhv salırlar və ya yaxma verdikləri xəstəxanalarda bu yaxmalar arasındakı fərq qeyd edilmir".

"Report" xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin COVID-19-la mübarizə İşçi Qrupunun üzvü Günay Quluzadə deyib.

Onun sözlərinə görə, yanlış anlaşılmaya səbəb isə həm antigen, həm də PZR testi üçün nümunə kimi yaxmanın götürülməsidir: "Fərq nədir: hər iki müayinə üsulunda burun-udlaqdan və əsnəkdən yaxma götürülür. Antigen testlərdə götürülmüş yaxma xüsusi bufer məhlulda həll olunur. Bu üsulda kart testlərdən (ekspress) istifadə edilir. Həmin bufer maddədən testin üzərinə əlavə olunur və təqribən 30 dəqiqəyə cavab əldə edilir. Bu üsulun etibarlılığı yüksək olsa da, təsdiqləyici test deyil. Koronavirusun aşkar edilməsi üçün həssaslıq və spesifikliyi ən yüksək olan PZR testidir, sürətli antigen testi isə PZR testindən bir qədər aşağı dəqiqlik səviyyəsinə malikdir. Qısaca təsdiqləyici test bütün dünyada PZR testidir. ÜST-ün açıqlamasında da qeyd olunur ki, digər üsullarla əldə edilmiş nəticələr PZR analizi ilə təsdiqlənməlidir".

Son xəbərlər

Orphus sistemi