Səhiyyə Nazirliyi Bakıda bıçaqlanan bacıların vəziyyəti barədə məlumat yayıb

Səhiyyə Nazirliyi Bakıda bıçaqlanan bacıların vəziyyəti barədə məlumat yayıb Səhiyyə Nazirliyi Bakının Binəqədi rayonunda bıçaqlanan iki bacının səhhəti barədə məlumat yayıb.
Sağlamlıq
142
3 Sentyabr , 2019 09:59
Səhiyyə Nazirliyi Bakıda bıçaqlanan bacıların vəziyyəti barədə məlumat yayıb

Səhiyyə Nazirliyi Bakının Binəqədi rayonunda bıçaqlanan iki bacının səhhəti barədə məlumat yayıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, gecə saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşlı Roza Mahmudovaya həkimlər bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.

Bildirilib ki, xəstələrə lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir, həyatları üçün təhlükə yoxdur.

Xatırladaq ki, onları Ruhəngiz Mahmudovanın həyat yoldaşı bıçaqlayıb.

Son xəbərlər

Orphus sistemi