Səhiyyə nazirinin müavini: "Tibbi tullantıların çeşidlənməsi düzgün aparılmır"

Səhiyyə nazirinin müavini: "Tibbi tullantıların çeşidlənməsi düzgün aparılmır" Səhiyyə nazirinin müavini Nadir Zeynalov bir çox hallarda tibbi tullantıların çeşidlənməsinin düzgün aparılmadığını bildirib.
Sağlamlıq
29 Dekabr , 2023 13:30
Səhiyyə nazirinin müavini: Tibbi tullantıların çeşidlənməsi düzgün aparılmır

Səhiyyə nazirinin müavini Nadir Zeynalov bir çox hallarda tibbi tullantıların çeşidlənməsinin düzgün aparılmadığını bildirib.

"Report"un məlumatına görə, o, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə tibbi tullantıların düzgün idarə olunmasına dair tibb işçiləri üçün keçirilən maarifləndirici tədbirdə deyib ki, tibbi tullantılar təhlükəsizdirsə, onunla sadə davranmalıdır:

"Əks halda daha ciddi və ehtiyatla davranmaq lazımdır. Burada məqsəd insanların zərər görməməsidir. Düzgün çeşidlənmə ilk növbədə tibb müəssisələrində tibb işçiləri tərəfindən aparılmalıdır".

Nazir müavini vurğulayıb ki, tibbi tullantılar bioloji təhlükə törədir: "Bu tullantılar - mikroblar, viruslar xəstə insanların bədənindən ixrac olunur. Bu zaman həmin tullantılar həm tibb işçilərinə, həm də sadə insanlara ciddi təhlükə yarada bilər. Az rast gəlinsə də, kimyəvi zəhərli maddələr ola bilər. Onların da tullantı kimi təbiətə ciddi ziyanı var. Koronavirus zamanı bu məsələ özünü qabarıq göstərdi. Çünki COVID-19 zamanı tibbi tullantıların utilizasiyası ilə bağlı məlumatlar dünyada, eləcə də Azərbaycanda daha çox diqqət çəkdi".

Son xəbərlər

Orphus sistemi