Səhiyyə naziri uşaqlarda mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib

Səhiyyə naziri uşaqlarda mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib Səhiyyə naziri Teymur Musayev uşaqlar arasında yayılan mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib.
Sağlamlıq
28 Aprel , 2022 13:06
Səhiyyə naziri uşaqlarda mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib
Teymur Musayev

Səhiyyə naziri Teymur Musayev uşaqlar arasında yayılan mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib.

“Report”un xəbərinə görə, o, hazırda Azərbaycanda bununla bağlı hər hansı bir narahatlığın olmadığını bildirib:

“Bununla bağlı ölkəmizdə narahatlığa da səbəb yoxdur. Düzdür, 12 ölkədə həmin virus uşaqlar arasında yayılıb. Say o qədər də yüksək deyil. Mənşəyi də tam bəlli deyil. Bu günə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı qeydə alınmayıb. Ölkəmizdə hepatit xəstəliklərinin sıçrayışı müşahidə olunmur”, - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi