Bakı. 14 oktyabr. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev Bərdədə vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a
Məlumata görə, görüş oktyabrın 15-də saat 13:00-da Bərdə Müalicə-Diaqnostika Mərkəzində keçiriləcək. Qəbulda Bərdə, Tərtər, Ağdam, Yevlax və Goranboy rayon sakinləri iştirak edəcək: "Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri dinləniləcək və lazımi tədbirlər görüləcək".
Nazirin qəbuluna düşmək istəyən vətəndaşlar Bərdə Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.