"Böyük Britaniya səhiyyə sahəsi üzrə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır".
“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp iki ölkə arasında səhiyyə sahəsindəki əməkdaşlığa həsr olunmuş konfransda bildirib.
“Böyük Britaniyanın səhiyyədəki nailiyyətləri, texnologiyaları məşhurdur. Səhiyyəmizin özəl sektoru öz təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır”, - səfir deyib.
O, Azərbaycandakı səhiyyənin inkişafını dəstəklədiklərini vurğulayıb.
Diplomat xatırladıb ki, bu il Azərbaycanla Böyük Britaniya arasında diplomatik münasibətlərin 30-cu ildönümüdür: “Ötən 30 il ərzində ölkələrimiz xeyli nailiyyət qazanıb. Enerji sahəsində yaxından əməkdaşlıq edirik. Qarşıdakı 5 il ərzində səhiyyə sahəsində də tərəfdaşınız olmaq istərdik”.