Sədr müavini: "Pandemiyadan daha çox qadın və qızlar əziyyət çəkir"

Sədr müavini: "Pandemiyadan daha çox qadın və qızlar əziyyət çəkir" O, təmsil etdiyi qurumda yaradılan Məişət Zorakılığı üzrə Məlumat Bankına yığılan məlumatların təhlili haqqında məlumat verib
Sağlamlıq
11 Fevral , 2021 17:09
Sədr müavini: Pandemiyadan daha çox qadın və qızlar əziyyət çəkir

"Pandemiyalar da daxil olmaqla, istənilən böhran vəziyyətində gender əsaslı zorakılıq halları artır və bundan daha çox qadın və qızlar əziyyət çəkir".

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Qadın alimlər COVID-19-la mübarizədə ön sıralarda” mövzusunda keçirilən onlayn konfransda deyib.

O, təmsil etdiyi qurumda yaradılan Məişət Zorakılığı üzrə Məlumat Bankına yığılan məlumatların təhlili haqqında məlumat verib.

Sədr müavini bildirib ki, gender bərabərsizliyinin aydın təzahür etdiyi sahələrdən ən aktualı ev təsərrüfatında və ailədə öhdəliklərin müəyyən edilməsində, ödənişsiz qayğı və məişət işini qiymətləndirməkdir: "Bu problem artıq dünya miqyasında ciddi araşdırılır və davamlı inkişafı zəiflədən amillərdən biri kimi cəmiyyətdə disbalans yaradan hal olaraq qeyd edilir".

S.Qəhrəmanova Dövlət Komitəsinin COVID-19 pandemiyası ilə bağlı ölkədə keçirilən sosial izolyasiya tədbirləri və xüsusi karantin rejiminin tətbiqi nəticəsində ailələrdə şəxslər arasındakı münasibətlərdə yaranmış vəziyyəti öyrənmək məqsədilə apardığı təhlil haqqında məlumat verib: “Sorğu 18 yaşdan yuxarı insanlar arasında keçirilib. Tədqiqatda 41,8 %-i kişi, 58,2 %-i qadın olmaqla 648 respondent iştirak ediblər. Sorğunun nəticələrinə əsasən, respondentlərin 77 %-nin ailələrindəki münasibət yaxşı, 23 %-ində isə qənaətbəxş olub”.

Son xəbərlər

Orphus sistemi