Sədr müavini: “Autizmli şəxslərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulmur”

Sədr müavini: “Autizmli şəxslərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulmur” “Autizmli şəxslərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulmur”.
Sağlamlıq
20 Sentyabr , 2022 15:53
Sədr müavini: “Autizmli şəxslərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulmur”

“Autizmli şəxslərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulmur”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Komitənin bugünkü iclasında çıxış edən deputat Kamilə Əliyeva bildirib ki, autizmli xəstələrlə bağlı problemlər mövcuddur:

“Bizə müraciət edən valideynlər bu xəstəliyin müalicəsinin də çox baha olduğunu və bunun icbari tibbi sığorta çərçivəsində qarşılanmasını istəyirlər. Mümkündürsə autizmli uşaqların psixoloji müalicəsini icbari tibbi sığorta ilə qarşılayaq”.

Sədr müavini R.Mahmudov isə deputatın təklifinə cavab olaraq qeyd edib ki, dünya təcrübəsində də belədir ki, bunun həlli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qarşılanır:

“Çünki autizmli şəxslərlə məşğul olan müəssisə və mərkəzlər məhz həmin nazirliyin tabeliyindədir”.

Son xəbərlər

Orphus sistemi