Sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi ilə bağlı keçirilən tvinninq layihəsi yekunlaşıb

Sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi ilə bağlı keçirilən tvinninq layihəsi yekunlaşıb Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi ilə bağlı keçirilən tvinninq layihəsinin yekunlarına həsr olunan konfrans keçirilib.
Sağlamlıq
9 Fevral , 2023 11:57
Sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi ilə bağlı keçirilən tvinninq layihəsi yekunlaşıb

Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi ilə bağlı keçirilən tvinninq layihəsinin yekunlarına həsr olunan konfrans keçirilib.

"Report" xəbər verir ki, konfransa Aİ tərəfindən maliyyələşdirilən tvinninq layihəsi çərçivəsində həyata keçirilən işlər və əldə olunan nailiyyətlər haqqında məlumat verilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, layihənin ümumi məqsədi qida və yem təhlükəsizliyinin artırılmasına töhfə vermək, həmçinin sanitar və fitosanitar tələblərə uyğunluğun gücləndirilməsi nəticəsində ixrac imkanlarını genişləndirmək, xüsusi məqsədi isə sanitar və fitosanitar qanunvericiliyin təkmilləşdirilməsində və həyata keçirilməsində AQTA-ya dəstək göstərməkdir.

Sədrin sözlərinə görə, tvinninq layihəsi 27 ay müddətində uğurla icra edilib: "Ötən dövr ərzində layihənin komponentləri çərçivəsində müvafiq sahələrdə hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin bitki sağlamlığı və bitki mühafizəsi sahələrində nəzarət sisteminin inkişafı ilə bağlı əhəmiyyətli nəticələr əldə olunub. Bu istiqamətdə müasir tələblərə cavab verən laboratoriya infrastrukturunun yaradılması, kadr və elmi potensialın gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elektron informasiya sisteminin qurulması və digər əhəmiyyətli tədbirlər həyata keçirilib".

O qeyd edib ki, layihə çərçivəsində “Qida təhlükəsizliyi haqqında” qanundan irəli gələn 11 normativ sənədin ilkin forması hazırlanıb: "AQTA və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşlarından ibarət ekspert heyətlərinin Tvinninq ölkələr olan Litva və Latviyaya bitki mühafizəsi, qida təhlükəsizliyi, laboratoriyarın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təlim-təcrübə səfərləri həyata keçirilib".

Tədbirdə iştirakçıların diqqətinə çatdırılıb ki, Agentliyin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə bitki sağlamlığı sahəsində müxtəlif mövzuları əhatə edən 20-dən artıq təlim təşkil olunub. Layihə çərçivəsində AQTA, Litva və Latviya respublikalarının müvafiq qurumları arasında əlaqələr daha da möhkəmlənib.

Son xəbərlər

Orphus sistemi