Salyanda xəstəxananın işıqlarının kəsilməsi nəticəsində yeni doğulan iki körpə ölüb

Salyanda xəstəxananın işıqlarının kəsilməsi nəticəsində yeni doğulan iki körpə ölüb Üçəmlərdən birinin vəziyyəti ağırdır
Sağlamlıq
21 İyun , 2016 11:53
Salyanda xəstəxananın işıqlarının kəsilməsi nəticəsində yeni doğulan iki körpə ölüb

Salyan. 21 iyun. REPORT.AZ/ Salyan rayonunda dünyaya gələn üçəmlərdən ikisi doğuşdan 6 saat sonra ölüb, birinin isə vəziyyəti ağırdır.

"Report"un Aran bürosunun məlumatına görə, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə yerləşdirilib. Onun ailə üzvlərinin sözlərinə görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında (küvez) saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, Salyan RMX-da elektrik generatorunun olduğu bildirilir. Lakin generator nasaz vəziyyətdə olduğundan işləməyib.

Son xəbərlər

Orphus sistemi