Şahmar Mövsümov: "Bəzi sahələrdə vaksinasiya icbaridir"

Şahmar Mövsümov: "Bəzi sahələrdə vaksinasiya icbaridir" “Azərbaycanda pandemiya ilə mübarizə davam edir. Ölkəmizdə maliyyə və digər tərəfdən nə mümkündürsə, hamısı edilib”.
Sağlamlıq
20 Avqust , 2021 12:18
Şahmar Mövsümov: Bəzi sahələrdə vaksinasiya icbaridir

“Azərbaycanda pandemiya ilə mübarizə davam edir. Ölkəmizdə maliyyə və digər tərəfdən nə mümkündürsə, hamısı edilib”.

“Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda xəstəxanalarda 10 mindən çox yatağımız var: “Hər şey öz əlimizdədir. Hamımız vaksinasiyadan keçməliyik. Bundan sonra isə pandemiyaya son qoyulacaq. Kim COVID-19 pasportu əldə edibsə, onun üçün hər hansı bir məhdudiyyət yoxdur".

Ş.Mövsümov həmçinin bildirib ki, Azərbaycanda vaksinasiyanın icbari olması ilə bağlı hər hansı bir tələb nəzərdə tutulmayıb: "Ancaq bir çox sahələr var ki, orada vaksinasiya icbaridir. Məsələn, həkimlərin qırmızı zonada olmasına görə orada icbarilik var".

Son xəbərlər

Orphus sistemi