Sağlamlıq haqqında tibbi arayışın xidmətlər zərfinə əlavə edilməsi təklif olunur

Sağlamlıq haqqında tibbi arayışın xidmətlər zərfinə əlavə edilməsi təklif olunur “Sağlamlıq haqqında tibbi arayış”ın tibbi xidmətlərin siyahısından çıxarılaraq icbari tibbi sığorta çərçivəsində göstərilən Xidmətlər Zərfinə əlavə edilməsi təklif edilir.
Sağlamlıq
29 Fevral , 2024 11:14
Sağlamlıq haqqında tibbi arayışın xidmətlər zərfinə əlavə edilməsi təklif olunur

“Sağlamlıq haqqında tibbi arayış”ın tibbi xidmətlərin siyahısından çıxarılaraq icbari tibbi sığorta çərçivəsində göstərilən Xidmətlər Zərfinə əlavə edilməsi təklif edilir.

“Report” xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Qeyd olunub ki, “Sağlamlıq haqqında tibbi arayış” (digər tibbi arayışlar, işə girmədən əvvəl müayinə, təhsil müəssisələrinə daxil olma ilə bağlı müayinə (18 yaşdan yuxarı), sığorta ilə bağlı müayinə (18 yaşdan yuxarı), inzibati məqsədlərlə digər müayinələr (18 yaşdan yuxarı), 1 ay ərzində təkrar müraciət zamanı (18 yaşdan yuxarı)) tibbi xidmətlərinin Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısından çıxarılaraq icbari tibbi sığorta çərçivəsində göstərilən Xidmətlər Zərfinə əlavə edilməsi təklif olunur.

Son xəbərlər

Orphus sistemi