Sabirabadda "Sağlam məhəllə"nin açılışı olub

Sabirabadda "Sağlam məhəllə"nin açılışı olub Sabirabad şəhəri şəhid Anar Məmmədov küçəsində "Sağlam məhəllə"nin açılış mərasimi olub.
Sağlamlıq
10 İyun , 2023 18:35
Sabirabadda Sağlam məhəllənin açılışı olub

Sabirabad şəhəri şəhid Anar Məmmədov küçəsində "Sağlam məhəllə"nin açılış mərasimi olub.

"Report"un Aran bürosunun məlumatına görə, mərasimdə Gənclər və idman naziri Fərid Qayıbov, rayon icra hakimiyyətinin rəsmiləri, idman ustaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Nazir Fərid Qayıbov burada yaradılmış şəraitlə yaxından tanış olub, sabirabadlı idmançılarla görüşüb və onların qayğıları ilə maraqlanıb.

"Sağlam məhəllə" ərazisində mini futbol meydançası, basketbol, uşaqların əylənməsi üçün idman qurğuları var.

Qeyd edək ki, bu, ölkəmizdə istifadəyə verilən sayca dördüncü "Sağlam məhəllə"dir.

Son xəbərlər

Orphus sistemi