Sabah jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək

Sabah jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək Sabah jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək
Sağlamlıq
4 Avqust , 2021 12:46
Sabah jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək

Sabah, avqustun 5-də Azərbaycan Mətbuat Şurasında jurnalistlərin “COVID-19” infeksiyası əleyhinə növbəti vaksinasiyası keçiriləcək.

"Report" xəbər verir ki, bununla bağlı Azərbaycan Mətbuat Şurası ilə TƏBİB arasında razılığa gəlinib.

Sabah bu il iyunun 29-da peyvəndin birinci dozası vurulmuş jurnalistlərə ikinci doza tətbiq ediləcək.

Eyni zamanda ümumən vaksinasiyadan keçməmiş digər jurnalistlər də aksiyada iştirak edə bilərlər.

Azərbaycan Mətbuat Şurası jurnalistlərdən və kütləvi informasiya vasitələrinin rəhbərlərindən bunu nəzərə almağı xahiş edir.

Son xəbərlər

Orphus sistemi