Rusiyalı mütəxəssislər Azərbaycandakı pomidor istehsalı müəssisələrini yoxlayacaq

Rusiyalı mütəxəssislər Azərbaycandakı pomidor istehsalı müəssisələrini yoxlayacaq “Rosselxoznadzor”un mütəxəssisləri pomidor istehsal edən müəssisələri yoxlamaq üçün Azərbaycana səfər edəcək
Sağlamlıq
151
26 Aprel , 2021 21:57
Rusiyalı mütəxəssislər Azərbaycandakı pomidor istehsalı müəssisələrini yoxlayacaq

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) mütəxəssisləri pomidor istehsal edən müəssisələri yoxlamaq üçün Azərbaycana səfər edəcək.

“Report”un məlumatına görə, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Qeyd olunub ki, səfər cari ilin may ayının ikinci yarısına planlaşdırılıb.

Xatırladaq ki, bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında görüş keçirilib.

Son xəbərlər

Orphus sistemi