Rusiya COVID-19 əleyhinə peyvəndləmə məsələsində Azərbaycanla əməkdaşlıq edəcək

Rusiya COVID-19 əleyhinə peyvəndləmə məsələsində Azərbaycanla əməkdaşlıq edəcək "Əsas məqsədimiz insanların sağlamlığıdır”
Sağlamlıq
13 İyul , 2020 11:06
Rusiya COVID-19 əleyhinə peyvəndləmə məsələsində Azərbaycanla əməkdaşlıq edəcək
0 : 00
0 : 00

“Koronavirus infeksiyası ilə mübarizə hazırda beynəlxalq problemdir. Buna görə də dövlətlər, xüsusilə dost dövlətlər məlumat mübadiləsində bir-birlərinə kömək edir, birgə təlimlər və konfranslar keçirir, yardım göstərir”.

Bu sözləri “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində tibb elmləri doktoru, professor, Rusiya Təbii Elmlər Akademiyasının akademiki, Moskva Dövlət Qida Məhsulları İstehsalı Universiteti yanında Davamlı Təhsil Tibb İnstitutunun direktorunun birinci müavini Qriqori Flaks deyib.

“Ümumi vəzifəmiz xəstəliyin yayılmamasının qarşısını almaqdır. Test sistemlərindən əlavə, gələcəkdə peyvəndləmə sahəsində də Azərbaycanla əməkdaşlıq edəcəyik. Həmçinin virusların müalicəsində yeni dərmanların hazırlanmasında, sertifikatlaşdırma məsələlərində və s. əməkdaşlıq edə bilərik. Əsas məqsədimiz insanların sağlamlığıdır”, - o bildirib.

Daha əvvəl Rusiyada Seçenov Universitetində könüllülər üzərində koronavirusa qarşı peyvəndin kliniki sınaqlarının müvəffəqiyyətlə başa çatdırıldığı xəbər verilmişdi.

Son xəbərlər

Orphus sistemi