​Rusiya Azərbaycana son nəsil antibiotik ixrac edəcək

​Rusiya Azərbaycana son nəsil antibiotik ixrac edəcək "Aveloks" mikroorqanizmlərin məşhur ştammlarını məhv edir
Sağlamlıq
4 Sentyabr , 2015 22:25
​Rusiya Azərbaycana son nəsil antibiotik ixrac edəcək

Bakı. 4 sentyabr. REPORT.AZ/ Rusiya Uralın "Medsintez" zavodunda istehsal olunan infeksiya əleyhinə "Aveloks" pereparatını MDB ölkələrinə ixrac edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ural biotibb klasterinin Müşahidə Şurasının sədri Aleksandr Petrov məlumat verib.

"Sverdlovsk vilayətində yerləşən zavod yeganə müəssisədir ki, Rusiyada mikroorqanizmlərin bütün məşhur ştammlarını məhv etmək iqtidarında olan son nəsil antibiotiklərin istehsalı ilə məşğuldur", - deyə Petrov bildirib.

Onun sözlərinə görə, alman mütəxəssislərin köməkliyi ilə yaradılan müəssisə ildə 22 min ton pereparat buraxır.

"Yaxın günlərdə Azərbaycandan nümayəndə heyəti gələcək, onlar "Aveloks" tədarükündə maraqlıdırlar. Biz məhsullarımızı MDB ölkələrinə idxal etməyi planlaşdırırıq", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi