Rezidentlərin 2014/2015-ci tədris ili üzrə yekun attestasiyasının tarixləri açıqlanıb

Rezidentlərin 2014/2015-ci tədris ili üzrə yekun attestasiyasının tarixləri açıqlanıb Yekun attestasiyanı Səhiyyə Nazirliyinin təsdiq etdiyi Attestasiya Komissiyası aparacaq
Sağlamlıq
15 Oktyabr , 2015 17:05
Rezidentlərin 2014/2015-ci tədris ili üzrə yekun attestasiyasının tarixləri açıqlanıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyinin təsdiq etdiyi Attestasiya Komissiyası Azərbaycan Tibb Universitetində (ATU) rezidentlərin 2014/2015-ci tədris ili üzrə yekun attestasiyasını aparacaq. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Yekun attestasiya iki mərhələdə (yazılı test və praktiki komponent) həyata keçiriləcək.

Yekun attestasiyanın istənilən mərhələsində və sınaq imtahanında iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Xatırladaq ki, yekun attestasiyanın yazılı test hissəsi oktyabrın 23-də saat 11.00-da ATU-nun Virtual Test Mərkəzində (VTM) keçiriləcək. Rezidentlərdən saat 10.30-da Virtual Test Mərkəzində olmaları tələb olunur.

Rezidentlərin attestasiyanın test hissəsində texniki səhvə yol verməmələri üçün oktyabr 19-u və 20-də saat 14.00-da VTM-də sınaq test imtahanları keçiriləcək. Bütün rezidentlərin sınaqlarda iştirakı vacibdir.

Rezidentlər imtahana buraxılmaları üçün şəxsiyyət vəsiqələrini təqdim edərək VTM-də istifadəçi şifrəsini əldə etməlidirlər.

Yekun attestasiyanın test hissəsindən müvəffəqiyyətlə keçən rezidentlər yekun attestasiyanın praktiki hissəsində iştirak etməlidirlər. Yekun attestasiyanın praktiki hissəsi oktyabrın 29-u və 30-da saat 9.00-da ATU-nun ixtisas üzrə müvafiq kafedralarında keçiriləcək. Rezidentlərin göstərilən günlərdə saat 8.45-də ATU-nun ixtisas üzrə müvafiq kafedralarında olmaları tələb olunur.

Əlavə suallar yarandıqda ATU-nun rezidentura şöbəsi (012 597- 44 - 83 telefon nömrəsi vasitəsilə) ilə əlaqə saxlamaq olar.

Son xəbərlər

Orphus sistemi