Nazirlik: "Region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisi aşağıdır"

Nazirlik: "Region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisi aşağıdır" Region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisi olduqca aşağıdır. Səhiyyə Nazirliyi tərəfindən risk qrupları arasında aparılan məqsədli fəaliyyət nəticəsində iilər ərzində İİV-infeksiyasının yayılmasını təmərküzləşmiş mə
Sağlamlıq
1 Dekabr , 2023 10:46
Nazirlik: Region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisi aşağıdır

"Region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisi olduqca aşağıdır".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova deyib.

O bildirib ki, Səhiyyə Nazirliyinin risk qrupları arasında apardığı məqsədli fəaliyyət nəticəsində illər ərzində İİV-infeksiyasının yayılmasını təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib: "Ümumilikdə, ölkəmizdə ilk dəfə İİV infeksiyasına yoluxma halı 1987-ci ildə aşkar edilib. Ötən 36 il ərzində Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9167 nəfər Azərbaycan vətəndaşı rəsmi qeydiyyata alınıb. Onlardan 6357-si (69,3%) kişi, 2810-u (30,7%) qadınlardır".

Son 5 ildə qeydiyyata götürülən və antiretrovirus terapiya qəbul edən hamilələrdə virusun uşağa ötürülmə halının qeydə alınmadığını deyən direktor müavini vurğulayıb ki, hər bir hamilə qadın mütləq şəkildə qadın məsləhətxanalarında qeydiyyata durmalı və İİV-ə müayinələrdən keçməlidirlər: "Hamilə qadın antiretrovirus terapiya qəbul etdiyi təqdirdə virus yükü qanda təqdim edilməyəcək səviyyəyə qədər enir və dölün yoluxma ehtimalı azalır. Qeydiyyatda olan hər bir qadın hamiləlik planlaşdırmadan öncə mütləq şəkildə davamlı antiretrovirus prepratları qəbul etməlidir".

Onun sözlərinə görə, cinsindən, yaşından, irqindən, sosial statusundan asılı olmayaraq, hər bir şəxs İİV-ə yoluxa bilər: "İİV-ə yoluxma daha çox profilaktik tədbirlərə əməl etmədikdə baş verir. Ölkəmizdə bu virusa yoluxma halları xüsusilə risk qrupları arasında daha çox yayılıb. Buna baxmayaraq, son illərdə təsadüfi, qoruyucsuz heteroseksual cinsi əlaqələr nəticəsində də yoluxma halları qeydə alınıb".

Son xəbərlər

Orphus sistemi