Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı

Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı Reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlanıb.
Sağlamlıq
1109
10 Sentyabr , 2020 16:38
Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı
0 : 00
0 : 00

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 10-na olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

“Report” xəbər verir ki, hazırda xəstələrin 138-i reanimasiyadadır. 14 xəstə isə süni tənəffüs cihazına qoşulub. 

Ümumilikdə 2 049 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37 874 nəfərə, sağalanların sayı 35 269 nəfərə, vəfat edənlərin sayı isə 556 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi