Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı

Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) avqustun 24-nə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.
Sağlamlıq
24 Avqust , 2020 17:11
Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı
0 : 00
0 : 00

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) avqustun 24-nə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

“Report” xəbər verir ki, hazırda xəstələrin 181-i reanimasiyadadır. 21 xəstə isə süni tənəffüs cihazına qoşulub. 

Ümumilikdə 1 803 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Qeyd edək ki, son sutkada daha 152 nəfər COVID-19-a yoluxub, 111 nəfər sağalıb, daha 1 nəfər isə vəfat edib.

Bununla da ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 35 426 nəfərə, sağalanların sayı 33 104 nəfərə vəfat edənlərin sayı isə 519 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi