Sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlər artıq bir aydan çoxdur ki, davam edir. Yenilməz ordumuz anbaan tarix yazamaqda davam edir.
Bu məqsədlə “Rahat” supermarketlər şəbəkəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə növbəti dəfə dəstəyini nümayiş etdirib.
Belə ki, şirkət hava şəraitini nəzərə alaraq, işğalda olan torpaqlarımızın geri alınması uğurunda mübarizə aparan əsgərlərimizə isti geyimlər, gigyenik vasitələr, şirniyyat və digər qida məhsulları göndərib. Məlumata görə əsgər sovqatı 2 min nəfərlikdir.
Xatırladaq ki, hər zaman ordumuzun yanında olan “Rahat” supermarketlər şəbəkəsi bundan əvvəl də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 100.000 manat vəsait ayırmışdı. Bununla yanaşı şəbəkə rəhbərliyi cəbhəyə yollanan əməkdaşlarının ailələrini ziyarət edib, onlara da dəstəyini çatdırmışdı.
"Rahat market" tarixi dəyişən igidlərimizlə qürur duyur, onlara bol nailiyyətlər arzu edir.
Qarabağ Azərbaycandır!