Qocalma prosesini ləngidən məhsullar açıqlandı

Qocalma prosesini ləngidən məhsullar açıqlandı Rusiyanın tanınmış həkim-dietoloqu Yekaterina Tolstikova qocalma prosesini ləngitməyə kömək edən məhsulların adlarını açıqlayıb.
Sağlamlıq
7 Noyabr , 2020 02:17
Qocalma prosesini ləngidən məhsullar açıqlandı

Rusiyanın tanınmış həkim-dietoloqu Yekaterina Tolstikova qocalma prosesini ləngitməyə kömək edən məhsulların adlarını açıqlayıb.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

"Məsələn, göy, bənövşəyi, çəhrayı, qırmızı giləmeyvələr yemək lazımdır. Nə qədər çox antosian və antioksidant (orqanizmdə sərbəst radikalları məhv edən kimyəvi maddələr) alsaq, müdafiəmiz o qədər güclü olar.

Bir çox insanlar düşünürlər ki, giləmeyvələr yalnız yayda lazımdır. Bu, yanlış fikirdir. Çünki giləmeyvələri nə qədər çox yesəniz, orqanizminiz o qədər çox müdafiə olunacaq. Giləmeyvələri dondurmaq olar və bu, onların xüsusiyyətlərinə təsir etməyəcək.

Bu, həmçinin tərəvəzlərə də aiddir. Onlar qırmızı, narıncı və s. rənglərdə olurlar. Orqanizmimiz bu maddələri nə qədər çox qəbul etsə, müdafiəsi o qədər güclü olar, bütün risklər enər və siz heç xəstələnməsziniz", - Tolstikova deyib.

Dietoloq qeyd edib ki, qocalmanın ləngiməsi üçün müəyyən sayda sadə məhsullar var. Bundan başqa insanlar öz vərdişlərini də dəyişdirməlidirlər. Hər bir şəxs səhər yeməyi yeməli, naharı təxirə salmamalı, lazımi miqdarda su içməli, doyunca yatmalıdır və s.

Son xəbərlər

Orphus sistemi