Qidanı xərçəng xəstəliyinə çevirən əsas səhv açıqlandı

Qidanı xərçəng xəstəliyinə çevirən əsas səhv açıqlandı Rusiyanın tanınmış cərrah-onkoloqu, tibb elmləri namizədi Mixail Myasnyankin qidanın hansı şəraitdə xərçəngə səbəb olmasından danışıb.
Sağlamlıq
6421
23 Noyabr , 2020 03:49
Qidanı xərçəng xəstəliyinə çevirən əsas səhv açıqlandı

Rusiyanın tanınmış onkoloq-cərrahı, tibb elmləri namizədi Mixail Myasnyankin qidanın hansı şəraitdə xərçəng xəstəliyinə səbəb olmasından danışıb.

Bu barədə “Report” RİA Novosti”yə istinadən xəbər verir.

Mütəxəssisin sözlərinə görə, məhsullar mineral gübrələr və ya kanserogen maddələrlə çirkləndikdə bu, xəstəliyin inkişaf riskini artırır.

"Bu, mədə-bağırsaq sisteminə, selikli qişaya zərərli təsir göstərir. Belə bir təsir səbəbi ilə onkoloji şiş ortaya çıxa bilər", - deyə Myasnyankin izah edib.

Həkim əsas problemin qidanın hazırlanması üsulundan ibarət olduğunu bildirib. Xüsusi halda, ət və ya tərəvəzlərin günəbaxan yağında qızardılması olduqca təhlükəlidir.

"Əgər o, bir neçə dəfə istifadə olunursa, onda təbii ki, bütün kanserogen maddələr yığılmağa başlayır", - ekspert vurğulayıb.

Myasnyankin həmçinin spirtli içkiləri qida rasionundan tamamilə çıxarmağı məsləhət görüb, çünki onların istifadəsi xərçəngin bəzi növlərinin inkişafı riskini artıra bilər.

Son xəbərlər

Orphus sistemi