Qida sahəsində fəaliyyət göstərən sahibkarlar “Bakı KOB Evi”nə müraciət edə bilərlər

Qida sahəsində fəaliyyət göstərən sahibkarlar “Bakı KOB Evi”nə müraciət edə bilərlər Qida sahəsində fəaliyyət göstərən sahibkarlar Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən biznes subyektlərinə göstərilən müxtəlif xidmətlərlə bağlı “Bakı KOB Evi”nə müraciət edə bilərlər.
Sağlamlıq
2 Fevral , 2023 10:11
Qida sahəsində fəaliyyət göstərən sahibkarlar “Bakı KOB Evi”nə müraciət edə bilərlər

Qida sahəsində fəaliyyət göstərən sahibkarlar Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən biznes subyektlərinə göstərilən müxtəlif xidmətlərlə bağlı “Bakı KOB Evi”nə müraciət edə bilərlər.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, AQTA tərəfindən “Bakı KOB Evi”ndə sahibkarlara qida obyektlərinin qeydiyyatı və təsdiqi, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektlərinin qeydiyyatı və dövlət reyestrindən çıxarışın verilməsi xidməti göstərilir. Bundan əlavə, sahibkarlar qeydiyyat və təsdiqin yenidən rəsmiləşdirilməsi, dayandırılması və ləğv edilməsi ilə bağlı da “Bakı KOB Evi”nə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi