Qəhvə insan orqanizmini beş xəstəlikdən qoruyur

Qəhvə insan orqanizmini beş xəstəlikdən qoruyur Bu qənaətə Harvard Universitetinin alimləri gəliblər
Sağlamlıq
28 Yanvar , 2017 01:08
Qəhvə insan orqanizmini beş xəstəlikdən qoruyur

Bakı. 28 yanvar. REPORT.AZ/ Qəhvə insan orqanizmini 5 xəstəlikdən qoruya bilər.

"Report" xəbər verir ki, bunu 130 min könüllünün iştirakı ilə aparılan tədqiqatın yekununda Harvard Universitetinin alimləri bəyan ediblər.

Birincisi, qəhvə orqanizmə neyrodegenerativ xəstəliklərlə, yəni, məsələn Altsqeymer, Parkinson və bu kimi xəstəliklərlə mübarizə aparmaqda kömək edir.

İkincisi, qəhvə, əlbəttə ki, spirtli içki ilə qəbul edilməzsə, qaraciyər sirrozu üçün təsirli profilaktik vasitəsidir.

Üçüncüsü, bu içki titrəyən aritmiyanın inkişafına mane olur. Düzdür, əgər o artıq insanda varsa, bundan uzaq durulsa yaxşıdır.

Dördüncüsü, kofein mədəaltı vəzinin səmərəli işləməsinə kömək edir, yəni qəhvə qəbulu şəkərli diabetin inkişafına mane ola bilər.

Beşincisi, hətta gündə altı fincan qəhvə içən tədqiqat iştirakçıları arasında ürək-damar sistemi xəstəliklərindən heç bir yüksək ölüm halları müşahidə olunmur.

Son xəbərlər

Orphus sistemi