Qazaxda iki uşağı ildırım vurub, biri ölüb

Sağlamlıq
  • 22 sentyabr, 2022
  • 12:11
Qazaxda iki uşağı ildırım vurub, biri ölüb

Qazax rayonunda iki uşağı ildırım vurub, biri ölüb.

Bu barədə "Report"a Qazax Müalicə Diaqnostika Mərkəzindən bildirilib.

Qeyd olunub ki, bu gün ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib: "2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölü vəziyyətində olub. Digər zərərçəkən 2012-ci il təvəllüdlü pasiyentin Reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır".