Qarda yıxılaraq xəsarət alanların sayı 71-ə çatıb - YENİLƏNİB

Qarda yıxılaraq xəsarət alanların sayı 71-ə çatıb - YENİLƏNİB Yaralılardan 6-na yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb
Sağlamlıq
25 Fevral , 2021 13:11
Qarda yıxılaraq xəsarət alanların sayı 71-ə çatıb - YENİLƏNİB

Fevralın 24-dən etibarən saat 13.00-a olan məlumata görə ümumilikdə 71 nəfər (38kişi, 33 qadın) hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə "Report"a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Qeyd olunub ki, yaralılardan 6-na yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

09.04

Fevralın 24-dən etibarən ümumilikdə 64 nəfər (35 kişi, 29 qadın) hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə "Report"a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Bildirilib ki, yaralılardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

Son xəbərlər

Orphus sistemi