Qara çörəyin insan üçün təhlükəsi açıqlandı

Qara çörəyin insan üçün təhlükəsi açıqlandı Qara çörək bir çox mütəxəssislər tərəfindən ikinci növ diabet zamanı ağ çörəyin əvəzinə istifadə üçün tövsiyə olunur.
Sağlamlıq
6 Dekabr , 2020 03:48
Qara çörəyin insan üçün təhlükəsi açıqlandı

Qara çörək bir çox mütəxəssislər tərəfindən ikinci növ diabet zamanı ağ çörəyin əvəzinə istifadə üçün tövsiyə olunur.

Bununla belə, dietoloq Maykl Mosli bu məhsulu seçərkən ehtiyatla davranmağın lazım olduğunu bildirib.

Bu barədə “Report” “Express”ə istinadən xəbər verir.

Ekspert qeyd edib ki, bu çörəyin bəzi növləri qanda şəkərin artmasına səbəb olur.

Mütəxəssisin iddiasına görə, mağazalarda satılan qara çörəyin bir çox növləri onun dadını yaxşılaşdıran və qanda şəkərin səviyyəsini yüksəltməyə qadir olan müxtəlif əlavələrdən ibarətdir.

Onun fikrincə, diabetdən əziyyət çəkən insanlara çörəkdən qida kimi istifadə etməmək daha faydalıdır. Ekspert bunun əvəzinə buğdadan - bulqurdan, çovdardan, arpadan, qarabaşaqdan, həmçinin paxladan istifadəni tövsiyə edir.

Bu qidalar şəkərdəki kəskin enib-qalxmaya maneə törədən kompleks karbohidratlar və bağırsağın mikroflorasını dəstəkləyən liflərdən ibarətdir. Şirniyyat, tort, meyvə şirəsi və qazlı içki istehlakını minimuma endirmək olduqca vacibdir.

Son xəbərlər

Orphus sistemi