Qalxanabənzər vəzi üçün təhlükəli hallar açıqlanıb

Qalxanabənzər vəzi üçün təhlükəli hallar açıqlanıb “Qalxanabənzər vəzinin fəaliyyətinin pozulmasında bir neçə amil rol oynayır. Uzunmüddətli, xroniki stresslər, toksiki maddə ilə zəngin qidalar vəzin fəaliyyətinin pozulmasına səbəb ola bilər”.
Sağlamlıq
30 oktyabr 2023 07:10
Qalxanabənzər vəzi üçün təhlükəli hallar açıqlanıb

“Qalxanabənzər vəzinin fəaliyyətinin pozulmasında bir neçə amil rol oynayır. Uzunmüddətli, xroniki stresslər, toksiki maddə ilə zəngin qidalar vəzin fəaliyyətinin pozulmasına səbəb ola bilər”.

“Report” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, endokrinoloq Oqtay Hüseynov deyib.

Onun sözlərinə görə, müxtəlif növ alkoqol, aktiv və passiv şəkildə siqaret çəkmək, zəhərli maddələrlə nəfəs almaq toksiki yüklənməni artırır ki, bu da qalxanabənzər vəzi üçün təhlükəlidir: “Güclü şüalanma, və ya radiasiya səviyyəsinin yüksək olduğu yerdə uzun müddət qalmaq, virus (herpes, sitomeqalovirus), bakteriya (stafilokoklar, streptokoklar) və parazitlərlə yoluxma, eləcə də onlarla mübarizə vasitələri qalxanabənzər vəzinin fəaliyyətinə mənfi təsir göstərir”.

Son xəbərlər

Orphus sistemi