Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin bugünkü plenar iclasında "Psixiatriya yardımı haqqında" qanuna dəyişiklik layihəsi müzakirə olunub.
"Report"un xəbərinə görə, layihəyə əsasən, psixi pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs psixiatriya stasionarından yalnız həmin məcburi tədbirlərin tətbiqinin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmənin qərarı əsasında çıxarılmalıdır.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.