COVID-19-un Britaniya ştammının Azərbaycana hansı formada gəlməsi məsələsinə aydınlıq gətirilib.
“Report”un xəbərinə görə, Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib ki, PCR testləri istənilən ştammı müəyyən edə bilir.
“Elə bir hal ola bilər ki, test haradasa düzgün götürülməsin və yaxud test götürüləndə nəticəsi neqativ çıxsın. Amma bir gün sonra həmin şəxsdə simptomlar əmələ gələ bilər və test pozitiv göstərə bilər. Britaniya ştammının hər hansı ölkə tərəfindən dayandırılması qeyri-mümkündür. Bütün bu ştammlar dünyada yayılır. Bu mutasiyalar Azərbaycanda da baş verə bilər. Azərbaycanda da Britaniya ştammına uyğun bir hal yarana bilər”, - o qeyd edib.