“Pfizer” peyvənd çatışmazlığı olduğunu açıqlayıb

“Pfizer” peyvənd çatışmazlığı olduğunu açıqlayıb Şirkət Prezident Donald Trampın administrasiyasına 2021-ci ilin iyun və ya iyul ayının sonuna qədər kifayət qədər əlavə koronavirusa qarşı peyvənd təchiz edə bilməyəcəyini bildirib.
Sağlamlıq
8 Dekabr , 2020 14:33
“Pfizer” peyvənd çatışmazlığı olduğunu açıqlayıb

ABŞ-nin “Pfizer” şirkəti Prezident Donald Trampın administrasiyasına digər dövlətlərin ehtiyatların çox hissəsini satın alması səbəbindən 2021-ci ilin iyun və ya iyul ayının sonuna qədər kifayət qədər əlavə koronavirusa qarşı peyvənd təchiz edə bilməyəcəyini bildirib.

“Report” Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu barədə “Washington Post” vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu, ABŞ hökumətinin “Pfizer” peyvəndi tədarükünü planlaşdırıldığı qədər sürətli şəkildə artıra bilməyəcəyini göstərir. Bu baxımdan ölkə səlahiyyətlilərinin qrafikə uyğun hərəkət edə və yazın sonuna və ya yayın əvvəlinə qədər əksər vətəndaşları vaksinasiya edə biləcəyinə dair şübhələr yaranır.

Daha əvvəl “Pfizer” və Almaniyanın “BioNTech” şirkəti koronavirus infeksiyasına qarşı peyvəndlərinin Avropa İttifaqında qeydiyyata alınması üçün müraciət etmişdi.

Son xəbərlər

Orphus sistemi